×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir

Bakı, 5 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Ekologiya 2020-10-05 12:42:00