×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:39 -da qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Ekologiya 2020-10-04 17:00:00