×
A
A
A
Sazlamalar

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

Bakı, 28 sentyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin ölkəmizin digər alimləri və xarici həmkarları ilə birlikdə “Çoxnüvəli Zn(II)- arilhidrozon kompleksləri aldehidlərin sianosililləşməsi üçün katalizatorlar kimi” adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Journal of Organometallic Chemistry” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal “Springer Nature” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 2.304-dür.

Elm və təhsil 2020-09-28 16:43:00