×
A
A
A
Sazlamalar

Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur YENİLƏNİB

Bakı, 28 sentyabr, AZƏRTAC

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilir ki, beləliklə də, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.
Qeyd edək ki, komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq sentyabrın 28-dən etibarən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılmışdı.

 

Nəqliyyat 2020-09-28 16:16:00