“Təmiz sahil, təmiz Xəzər” devizi altında keçirilən aksiya zamanı 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib
Bakı, 26 sentyabr, AZƏRTAC
Beynəlxalq Dəniz Günü və "Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.
Buzovna qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat və Dövlət Turizm agentliklərinin nümayəndələri və könüllülər iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb