“Legiya” klubunun baş məşqçisi: “Qarabağ” komandasını diqqətlə təhlil etməliyik
Bakı, 26 sentyabr, AZƏRTAC
Pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç deyib.
Bir neçə gün əvvəl “Legiya”ya baş məşqçisi vəzifəsinə təyin edilən 50 yaşlı mütəxəssis bildirib: “Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ” ilə matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da bəzi çatışmazlıqları ortaya çıxaracaq”.
Qeyd edək ki, “Legiya”–“Qarabağ” oyunu oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir