×
A
A
A
Sazlamalar

Latviyalı futbol azarkeşləri maraqlı addım atıblar

Bakı, 26 sentyabr, AZƏRTAC

Latviyanın “Riqa” klubunun azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə matçı izləmək üçün maraqlı addım atıblar.
AZƏRTAC xəbər verir ki, fanatlar qarşılaşmaya baxmaq məqsədi ilə iki ədəd üstü açıq ikimərtəbəli avtobus icarəyə götürüblər. Onlar 90 dəqiqə ərzində komandalarına dəstək olublar.
Qeyd edək ki, “Riqa” doğma meydanda “Seltik”ə 0:1 hesabı ilə uduzaraq Avropa Liqasında mübarizəni dayandırıb.

 

İdman 2020-09-26 11:59:00