×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyri-dövlət qulluğu sahəsində karyera yüksəlişi ilə bağlı bəzi qaydalar təsdiq olunacaq

Bakı, 25 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyri-dövlət qulluğu sahəsində karyera yüksəlişi ilə bağlı bəzi qaydalar təsdiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, həmin qaydalar nazirliyin ehtiyat kadr bazasının formalaşdırılması haqqındadır: Demək olar ki, onlar hazırlanıb yekunlaşdırılmaq üzrədir. Bu, özündə prioritet vəzifələrin müəyyənləşdirilməsi və vacib vəzifələrə davamçıların hazırlanması, onların təcrübə, inkişaf proqramının hazırlanmasını ehtiva edir. O cümlədən, səriştəliliyin idarə olunması, qeyri-dövlət qulluğu sahəsində işçilərin qiymətləndirmə qaydaları hazırlanacaq”.

Ekologiya 2020-09-25 18:34:00