×
A
A
A
Sazlamalar

“Snapdragon 750G” smartfonları üçün səsboğucu çip nümayiş etdirilib

Bakı, 23 sentyabr, AZƏRTAC
“Qualcomm” şirkəti orta qiymətli smartfonlar üçün yeni çipseti göstərib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, “Snapdragon 750G” smartfonuna qoşulan qadjetlər 2020-ci ilin sonunda satışa buraxılacaq.
Çipsetə güclü süni intellekt alqoritmləri qoşulub. Bu isə telefonla danışan və ya səs köməkçilərindən istifadə edilən zaman fon səslərini filtrləməyə imkan verir. Məsələn, süni intellekt tikintidəki səsləri, it hürməsini və ya uşağın ağlamasını buraxmaya bilər.
Çipset “Adreno 619” videosürətləndiriciyə malikdir ki, bu da “Snapdragon 730G” ilə müqayisədə oyunlarda səmərəliliyi 10 faiz artıracaq. Platforma beşinci nəsil şəbəkədə, o cümlədən “mmWave” sürət standartı üzrə işləyir. “Snapdragon 750G” orta səviyyəli smartfonlara yeni “Wi-Fi 6” və “Qualcomm Quick Charge 4+” gətirir.
Koronavirus pandemiyası, özünütəcrid və məsafədən işləmə fonunda istehsalçılar təkmilləşdirilmiş səsboğucu həlləri təklif edirlər. Məsələn, NVIDIA şirkətinin təqdim etdiyi “RTX Voice” kənar səsləri filtrdən keçirə bilər.

Texnologiya 2020-09-23 03:16:00