Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bunu AZƏRTAC-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.
B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb