×
A
A
A
Sazlamalar

“Beşiktaş” futbol klubu növbəti transferini reallaşdırıb

Bakı, 19 sentyabr, AZƏRTAC

İstanbulun “Beşiktaş” futbol klubu “Yeni Malatyaspor” komandasından ayrılan Gökhan Töreni transfer edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Onun İstanbul təmsilçisində 70 nömrəli formanı geyinəcəyi bildirilir.
Təcrübəli futbolçu 2013-2019-cu illərdə də “Beşiktaş”ın heyətində yer alıb. Əvvəllər Türkiyə yığmasının heyətinə cəlb olunmuş G.Töre karyerası ərzində İngiltərənin “Çelsi”, “Vest-Hem Yunayted”, Almaniyanın “Bayer Leverkuzen”, “Hamburq”, Rusiyanın “Rubin” klublarında çıxış edib.
Ötən mövsüm “Yeni Malatyaspor”un heyətində 28 görüşdə meydana çıxan G.Töre 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

İdman 2020-09-19 12:56:00