×
A
A
A
Sazlamalar

“Təhsilin idarə olunması və insan kapitalının inkişafı” ixtisası üzrə ikili diplom proqramının açılışı olub

Bakı, 19 sentyabr, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşən Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr pilləsində “Təhsilin idarə olunması və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom proqramının onlayn açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə nazir Emin Əmrullayev, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, ADPU-nun rektoru Cəfər Cəfərov, Corc Vaşinqton Universiteti Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer, Təhsil Nazirliyindən, Dövlət Proqramı İdarəetmə Qrupundan, ADPU-dan və Corc Vaşinqton Universitetindən digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Tədbirə, həmçinin qeyd edilən beynəlxalq ikili diplom proqramına qəbul olunmuş 25 tələbə qoşulub.
Təhsil naziri və digər qonaqlar çıxışlar edərək tələbələri təbrik edib, proqram haqqında məlumat verib və yeni tədris ilində tələbələrə uğurlar arzulayıblar.
Tələbələr adından Vəfa Nazirova çıxış edərək öz təəssüratlarını bildirib.

Elm və təhsil 2020-09-19 11:43:00