×
A
A
A
Sazlamalar

Abituriyentlərin nəzərinə: ixtisas seçiminin sonuna bir gün qalıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiqlənib.
2467 ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.
İxtisas seçiminin sonuna 1 gün qalıb və sentyabrın 20-si saat 23:59-dək davam edəcək.
Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Elm və təhsil 2020-09-19 11:40:00