Azərbaycanın iki şahmatçısı Avropa çempionatının liderlər qrupunda mübarizə aparır
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üç turdan sonra 18 yaşlı şahmatçılarımız arasında ən yüksək nəticəni Abdulla Qədimbəyli göstərib. O, 2,5 xalla 7-11-ci yerləri bölüşür.
On altı yaşadək şahmatçıların yarışında təmsilçimiz Xəzər Babazadə, on iki yaşlıların mübarizəsində Cahandar Azadəliyev maksimum xalla liderlik edirlər.
Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Çempionata sentyabrın 20-də yekun vurulacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir