×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbçiləri iştirak etməyəcəklər

Bakı, 5 sentyabr, AZƏRTAC 

Sentyabrda Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcəklər.
Bunu AZƏRTAC-a Müdafiə Nazirliyindən bildiriblər.
Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin hərbi təlimlərə, sadəcə olaraq, iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.

Ordu 2020-09-05 20:56:00