×
A
A
A
Sazlamalar

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib VİDEO

Bakı, 19 avqust, AZƏRTAC 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş seminarda iştirakçılar “Hakimlik haqqında” əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və meyarları, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər.
Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim olunub.

Ordu 2020-08-19 19:48:00

Video