×
A
A
A
Sazlamalar

"Tank biatlonu" müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

Bakı, 17 avqust, AZƏRTAC
Rusiyanın Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2020" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Ordu 2020-08-17 20:17:00