×
A
A
A
Sazlamalar

İstirahət günlərində türkiyəli hərbçilərin gəzintisi təşkil olunub

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.
Müdafiəyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.

Ordu 2020-08-16 16:33:00