×
A
A
A
Sazlamalar

“Qalatasaray” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib

Bakı, 13 avqust, AZƏRTAC
Türkiyənin “Qalatasaray” futbol klubu heyətinə daha bir futbolçu cəlb edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçiləri “Sivasspor”dan ayrılan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Kılınç superliqada başa çatan mövsümdə 28 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmənin müəllifi olub.

İdman 2020-08-13 01:56:00