Mayk Tayson və Roy Cons arasında keçiriləcək döyüş titul xarakterli olacaq
Bakı, 12 avqust, AZƏRTAC
Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında keçiriləcək döyüş titul xarakterli olacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aparıcı boks təşkilatları - WBC (Dünya Boks Şurası), WBO (Dünya Boks Təşkilatı), WBA (Dünya Boks Assosiasiyası) və IBF (Beynəlxalq Boks Federasiyası) döyüş üçün xüsusi kəmər hazırlayacaqlar. Döyüşdə iştirak edəcək hakimlər qarşılaşmanın vaxtından əvvəl bitəcəyi təqdirdə qalibi müəyyən edəcəklər.
Döyüş noyabrın 28-də Kaliforniya ştatında baş tutacaq və 8 raunddan ibarət olacaq. Bundan əvvəl ESPN telekanalı döyüşün sentyabrın 12-də keçiriləcəyini bildirmişdi.
Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir