×
A
A
A
Sazlamalar

MBA-nın müntəzəm çempionatında mübarizə davam edir

Bakı, 12 avqust, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, Qərb konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” klubları qarşılaşıblar.
Oyun Orlandoda keçirilib və qarşılıqlı hücumlarla başlayan ilk hissədə “Nyu-Orleans Pelikans” üstün olub – 29:27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqi ilə irəlidə yollanıblar.
Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Sakramento Kinqz” yekunda qələbə qazanıb – 112:106.

 

İdman 2020-08-12 14:34:00