×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçiləri müəyyənləşib

Bakı, 11 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçiləri müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaqlar. Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcəklər. Federiko Turitsiani isə yığmada videoanalitik vəzifəsini icra edəcək.
Qeyd edək ki, Canni De Byazi ilə 1,5 illik müddətə müqavilə imzalanıb.

İdman 2020-08-11 16:35:00