Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 21,6 milyon ton yük daşınıb

Bakı, 11 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21,6 milyon ton, yük dövriyyəsi isə 4 milyard 877,8 milyon ton-kilometr olub. Ötən ilə nisbətən 13,7 faiz və 8 faiz azalma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 12 milyon 590,7 min tonu və ya 58,1 faizi avtomobil nəqliyyatı, 6,5 milyon tonu və ya 30 faizi dəmir yolu nəqliyyatı, 2,5 milyon tonu və ya 11,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20 faizini və ya 4 milyon 332 min tonunu tranzit yüklər təşkil edib.

Nəqliyyat 2020-08-11 13:57:00