×
A
A
A
Sazlamalar

Kriştianu Ronaldu cari mövsümün ən yaxşı futbolçusu seçilib

Bakı, 11 avqust, AZƏRTAC

İtaliyanın "Yuventus" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Kriştianu Ronaldu birinci olub.
Qeyd edək ki, portuqaliyalı hücumçu A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə edib.

İdman 2020-08-11 02:30:00