×
A
A
A
Sazlamalar

“Sabah” yoxlama matçında “Qəbələ”ni məğlub edib

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 10-da Azərbaycan Premyer Liqasının təmsilçiləri "Sabah" və "Qəbələ" yoxlama oyunu keçiriblər.
AZƏRTAC xəbər verir ki, "Əlincə Arena"da oynanılan matçda Bakı təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov vurub.
Qeyd edək ki, “Sabah” bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”ı (2:1), “Sumqayıt”ı (1:0), "Neftçi"ni (5:2) məğlub edib, "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlib.

 

İdman 2020-08-11 00:42:00