×
A
A
A
Sazlamalar

Kriştiano Ronaldo “Yuventus”dan ayrıla bilər

Bakı, 10 avqust, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Fransanın “Paris Sen-Jemen” klubuna keçə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Corc Mendeş “parislilər”in idman direktoru Leonardo ilə danışıqlar aparıb.
Xatırladaq ki, Maurisio Sarri ötən gün “ağ-qaralar”ın baş məşqçisi postundan uzaqlaşdırılıb. Onun yerini “Yuventus”un sabiq futbolçusu Andrea Pirlo tutub.

İdman 2020-08-10 16:55:00