×
A
A
A
Sazlamalar

ADA təhsili ilə bağlı suallar cavablandırılacaq

Bakı, 10 avqust, AZƏRTAC

ADA Universitetinə 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, avqustun 10-17-sində saat 16-da abituriyentlərin və valideynlərin qəbul şərtləri, ixtisas seçimi və ADA təhsili ilə bağlı sualları onlayn formatda cavablandırılacaq.
Onlayn görüşdə ADA Universitetinin dekanları, professor-müəllim heyəti iştirak edəcək.
Sual-cavabda iştirak etmək üçün [email protected] saytında qeydiyyatdan keçmək lazımdır.

Elm və təhsil 2020-08-10 12:24:00