×
A
A
A
Sazlamalar

AMEA YT Park və STEPI birgə seminar keçirəcək

Bakı, 8 avqust, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında əməkdaşlıq çərçivəsində cari ay ərzində birgə seminar keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Texnoparkların rəqəmsallaşdırılması”, “Texnoparklar üçün biznes modeli”, “Texnoparkların maliyyələşmə mexanizmləri”, “Texnoparklarda klasterlərin inkişafı” və “Texnoparklara rezidentlərin cəlb edilməsi” mövzuları üzrə koreyalı ekspertlərin mühazirələri dinləniləcək.

Elm və təhsil 2020-08-08 19:12:00