×
A
A
A
Sazlamalar

“Keşlə” ukraynalı futbolçu ilə müqavilə imzalayıb

Bakı, 7 avqust, AZƏRTAC

Bakının “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yeni mövsümün sonunadək Bakı komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.

İdman 2020-08-07 18:44:00