×
A
A
A
Sazlamalar

XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib

Bakı, 7 avqust, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində 2023-cü ildə keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Təşkilat Komitəsi yarışın loqotipini və talismanını seçib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilat komitəsindən məlumat verilib. Loqotip və talismanlar 2020-ci ilin payızında Yekaterinburqda keçiriləcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumunda təqdim ediləcək.
Xatırladaq ki, ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

İdman 2020-08-07 15:43:00