Azərbaycan Texniki Universiteti “İdrak Texnoloji Transfer” şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İdrak Texnoloji Transfer” MMC-nin "Smart Things Factory" zavodunda işgüzar görüş keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev qurumun əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələrindən danışan rektor Vilayət Vəliyev gənclərin hazırladıqları texnoloji həllərin bir sıra müsabiqələrdə qalib olduğunu diqqətə çatdırıb.
Görüş zamanı belə layihələrin “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənməsi və əmək bazarına transferi istiqamətində təkliflər irəli sürülüb. Gələcəkdə universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanmasının nəzərdə tutulduğu da qeyd olunub.
Daha sonra qonaqlar zavodun iş prosesini izləyiblər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır