×
A
A
A
Sazlamalar

Portuqaliya çempionatının başlama tarixi müəyyənləşib

Bakı, 5 avqust, AZƏRTAC

Portuqaliya Futbol Federasiyası ölkə çempionatının 2020/2021-ci il mövsümünün start götürəcəyi tarixi açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yüksək liqada mübarizəyə sentyabrın 20-də start veriləcək.
Portuqaliya çempionatında 2019/2020-ci il mövsümü iyulun sonunda başa çatıb. Bütün rəqiblərini qabaqlayan “Porto” çempionluq tituluna sahib çıxıb.

İdman 2020-08-05 17:10:00