×
A
A
A
Sazlamalar

MN: Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb

Bakı, 3 avqust, AZƏRTAC 

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və saxta hesabın (https://twitter.com/Mod ) bağlanılması üçün şikayət etməyə çağırır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabına https://twitter.com/wwwmodgovaz  linki vasitəsilə daxil olmaq mümkündür.

Ordu 2020-08-03 15:47:00