×
A
A
A
Sazlamalar

Çaylarda sululuq artıb

Bakı, 3 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, keçən gün ərzində yağışla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10, Lənkəran-Astara bölgəsi çaylarında 2-5, Qanıx çayında isə 12 santimetr artım müşahidə olunub.

Ekologiya 2020-08-03 11:04:00