×
A
A
A
Sazlamalar

Qadınlara gözəllik bəxş edən xanımotu

Bakı, 29 iyul, AZƏRTAC 

Vaxtilə italyan xanımları kosmetik vasitə kimi xanımotunun şirəsini gözlərinə damızdırar və yanaqlarına sürtərdilər. Şirənin təsirindən göz bəbəkləri daha parlaq görünür. Bitkinin adının italyan dilindən tərcümədə “gözəl xanım” olması da elə bununla əlaqədardır. Bitkini bəzən “meşə gözəli” də adlandırılar.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, xanımotunun tərkibində olan alkoloidlər, xüsusilə atropin kiçik dozada mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxların fəaliyyətini yaxşılaşdırır.
Bundan başqa dəridə, xüsusilə üz və boyun nahiyəsində qan damarlarını genişləndirir, nazal sinirin tonusunu zəiflədir, atroventrikulyar keçiriciliyi yaxşılaşdırır və ürək döyüntülərinin sayını artırır. Xanımotu preparatları mədə və onikibarmaq bağırsaq yaraları, xroniki kolitlər, xolesistit, xolangit və öddaşı, böyrək ağrıları, ruhi xəstəliklər, anesteziologiya və oftalmologiyada tətbiq edilir.
Köklərinin tərkibindəki skopolamın maddəsindən Parkinson xəstəliyinin müalicəsində istifadə olunur. Xanımotunun tərkibində olan alkoloidlər böyrəklər vasitəsilə orqanizmdən xaric edilir.

Sağlamlıq klubu 2020-07-29 16:22:00