×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Barselona” səfərdə “Real Vallyadolid"ə qalib qəlib

Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 11-də futbol üzrə İspaniya La Liqasında 36-cı turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Barselona" klubu səfərdə “Real Vallyadolid" komandasını qonağı olub. “Xose Zorilla” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 0:1. “Barselona”nın heyətində yeganə qolun müəllifi matçın 15-ci dəqiqəsində Arturo Vidal olub.
Bu qələbədən sonra xal ehtiyatını 79-a çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə qərarlaşıb. “Real Vallyadolid” isə 39 xalla 14-cü yerdədir.

İdman 2020-07-12 03:15:00