×
A
A
A
Sazlamalar

“Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub

Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Çelsi" klubu səfərdə "Şeffild Yunayted" komandasının qonağı olub. “Bramall Lane” stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Şeffild Yunayted”in heyətində David Makqoldrik (2) və Oliver Makburni fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Şeffild Yunayted” turnir cədvəlində 6-ci yerə yüksəlib. “Çelsi” isə 60 xalla üçüncü yerdə qərarlaşıb.

İdman 2020-07-12 00:49:00