×
A
A
A
Sazlamalar

Müəllimlər üçün təkrar onlayn müsahibələrin keçirilmə tarixi açıqlanıb

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 10-da dövlət ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi iyulun 8-i saat 23:59-da başa çatıb. Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.

Elm və təhsil 2020-07-09 14:12:00