×
A
A
A
Sazlamalar

Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib

Bakı, 8 iyul, AZƏRTAC

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Bakıda ekspress xətlərin iş qrafiki dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur.
Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.
“Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspress xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib. Dəyişikliyə əsasən iyulun 9-dan ekspress xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspress xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək. Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspress xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir”, - deyə qeyd olunub.

Nəqliyyat 2020-07-08 21:21:00