Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır
Bakı, 8 iyul, AZƏRTAC
Cəbhəboyu zonada yerləşən hərbi birliklərin müxtəlif poliqonları və təlim mərkəzlərində keçirilən təlimlər yekunlaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyət və zirehli texnika əməliyyat təyinatı rayonlarından daimi dislokasiya məntəqələrinə qaytarılır.
Qeyd edək ki, döyüş hazırlığı planına uyğun olaraq son günlər müxtəlif istiqamətlərdə aidiyyəti hərbi hissələrin cəlb olunması ilə gecə və gündüz vaxtı intensiv təlim və məşqlər keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə mütəmadi bu cür hərbi təlim və məşqlərin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO