×
A
A
A
Sazlamalar

Bu küçələrin kəsişməsində sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub

Bakı, 7 iyul, AZƏRTAC

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə zəruri tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə agentliyin mütəxəssisləri tərəfindən yoxlanılıb. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.

Nəqliyyat 2020-07-07 08:33:00