×
A
A
A
Sazlamalar

Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq

Bakı, 3 iyul, AZƏRTAC

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, o cümlədən iyulun 4 və 5, 11 və 12, 18 və 19-da Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.
Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik əsasında həyata keçiriləcək.

Nəqliyyat 2020-07-03 17:26:00