Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır
Bakı, 29 iyun, AZƏRTAC
Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən aşağıdakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır:
- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı
- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı
- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı
- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb