×
A
A
A
Sazlamalar

Beş ayda nəqliyyat vasitələri ilə 601,2 milyon sərnişinə xidmət göstərilib

Bakı, 24 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında nəqliyyatçılar 601,2 milyon sərnişinə xidmət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 90,4 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat 2020-06-24 18:25:00