×
A
A
A
Sazlamalar

Beş ayda nəqliyyat vasitələri ilə 81,2 milyon ton yük daşınıb

Bakı, 23 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 81,2 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 58,1 faizi avtomobil, 7,4 faizi dəmir yolu, 3,1 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 31,2 faizi isə boru kəməri ilə daşınıb.

Nəqliyyat 2020-06-23 10:55:00