×
A
A
A
Sazlamalar

Ələt-Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmaları bərpa olunub

Bakı, 12 iyun, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) iyun ayından Ələt-Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmalarını bərpa edib.
Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, ASCO bu istiqamətlərdə daşınmaların səmərəli və sürətli yerinə yetirilməsi üçün öz Nəqliyyat Donanmasına aid quru yük gəmilərini müştərilərin sərəncamına verib. Daşınmalar aşağıdakı tariflərə uyğun aparılacaq:
20 FT - 300 ABŞ dolları
40 FT- 550 ABŞ dolları.

 

Nəqliyyat 2020-06-12 11:41:00