×
A
A
A
Sazlamalar

Avtobuslarda sərinləndirmə sistemi işə salınacaq

Bakı, 11 iyun, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq.

Nəqliyyat 2020-06-11 10:38:00