×
A
A
A
Sazlamalar

Bu gündən 24 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərir

Bakı, 11 iyun, AZƏRTAC

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Nəriman Nərimanov” stansiyası ilə marşrut xətti üzrə əlaqələndirilməsi təmin edilib.
Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də, Bakıxanov və Qaraçuxur qəsəbələrində 7 ünvanda pos-terminal qoyulub.

Nəqliyyat 2020-06-11 10:29:00