×
A
A
A
Sazlamalar

Yeni dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılacaq

Bakı, 3 iyun, AZƏRTAC

3 iyun – Ümumdünya Velosiped Günüdür. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

 

Nəqliyyat 2020-06-03 14:29:00