Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə təşkil ediləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.
Turnir “Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir